Xankəndi rayonu ərazisindəki "Biz və bizim dağlar" abidəsi yenidən müzakirə mövzusu olub. Onun sökülüb-sökülməməsi ilə bağlı fikirlər müxtəlifdir.
Hafta.az bildirir ki, "Biz və bizim dağlar" monumental abidəsinin açılışı 1967-ci ildə olub. Xankəndi yaxınlığında, Əskəran rayonu ərazisində yerləşən abidənin müəllifi erməni mənşəli heykəltəraş Sarkis Baqdasaryandır. Abidə də Azərbaycan Respublikasının büdcəsi hesabına, Azərbaycan ərazisində ucaldılıb.
Ermənilərin arasında həm də "Baba və nənə" adı ilə tanınan bu abidəni Qarabağdakı seperatçı-terrorçular özlərinin simvolu kimi qondarma "gerb"lərində təsvir ediblər. Abidə beli Azərbaycana, üzü Ermənistana inşa edilməklə gələcəkdə ayrılmaq mənasını ifadə edir. Onun bir hissəsinin torpağın altında olması isə ermənilərin guya bu torpaqlarda qədimdən yaşadığını xarakterizə edir.