Sərhədi pozmaq istəyən 10 nəfər saxlanıldı - FOTO

12:54 16.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb.

Hafta.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, may ayının 15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 10 nəfər (6-sı azyaşlı olmaqla) Azərbaycan Respublikası vətəndaşı sərhəd naryadının sayıqlığı nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.