Səudiyyə Ərəbistanının vəliəhdi ilə BƏƏ-nin vitse prezidenti Əl-Ulada görüşdülər

10:45 25.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti Şeyx Mənsur bin Zayed Səudiyyə Ərəbistanının şimal-qərbində yerləşən Əl-Ula əyalətindəki qış düşərgəsində bir araya gəliblər.

Hafta.az-ın yazdığına görə, vəliəhdin şəxsi ofis meneceri Bədr əl-Asakir dünənki görüşün fotosunu “X” sosial media platformasındakı rəsmi hesabında yerləşdirib.

Şahzadə Məhəmməd bin Salman ötən çərşənbə günü qış düşərgəsində İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşüb və iki ölkə arasında əlaqələrin gücləndirilməsi yollarını, təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün regional inkişaf səylərini müzakirə edib.

Qeyd edək ki, vəliəhd şahzadə Məhəmməd bin Salman dünən Əl-Ula əyalətindəki Şəraan kurort layihəsinə baş çəkərək işçilərlə görüşüb. Vəliəhdə 2019-cu ilin fevral ayında Şəraan Qoruğunun dağlarında oyulmuş və unikal təbiət içində lüks bölmələri olan kurort layihəsi haqqında məlumat verilib. Tikintisinə 2023-cü ilin iyun ayında başlanan layihə Əl-Ulanın tarixi, irsi və təbii mühitini qoruyaraq, yerli turizmin inkişafına və şaxələndirilməsinə töhfə verərək, Əl-Ulanın qlobal turizm məkanı kimi inkişaf etdirilməsi məqsədi daşıyan hədəfin bir hissəsidir.

Obyektin dizaynı memarlıq və sənətə uyğunlaşmaq üçün Şəraan Qoruğunun təbii mühitinə uyğunlaşdırılıb, “Əl-Ula Davamlılıq Xartiyası”na uyğun olaraq tikinti və suvarma üsullarında müxtəlif texnikalar qəbul edilib.