Səyyad Əlizadə ECMO aparatına qoşuldu, vəziyyəti ağırdır

09:21 17.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün Mərkəzi Gömrük Hospitalına köçürülən Səyyad Əlizadə “ECMO” cihazına qoşulub.

Hafta.az xəbər verir ki, bu barədə onun qohumu məlumat verib.

O bildirib ki, həkimlər sənətçinin vəziyyətini ağır, stabil qiymətləndirirlər:

“Vəziyyətinə uyğun intensiv müalicə tətbiq edirlər. Amma hələ ki irəliləyiş yoxdur. Həm də bu xəstəxanaya bir gündür köçrülüb. Həkimlər onun vəziyyətini ciddi nəzarətdə saxlayır”.

Kürəkəni onu da deyib ki, S.Əlizadənin həyat yoldaşı Kəmalə Əlizadə Zığda yerləşən modul tipli xəstəxanada müalicəsini davam etdirir, vəziyyəti yaxşıdır.

Oxunma sayı 35