Səyyah günəş enerjisi ilə işləyən qayıqla Sakit okeanı keçəcək

10:45 26.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sakit okeanın cənubunu ilk dəfə avarlı qayıqla keçən Fyodor Konyukov mikroplastiklər üzrə tədqiqat proqramı çərçivəsində günəş enerjisi ilə işləyən katamaranla Sakit okeanı tək keçən ilk insan olmağı planlaşdırır.

Hafta.az-ın yazdığına görə, 71 yaşlı Fyodor Konyukov yeni layihəsi haqda rəsmi saytında məlumat paylaşıb. .

Ekspedisiyanın birinci mərhələsində səyyah Atlantik okeanını Kanar adalarından Karib adalarına, ikinci mərhələdə isə Sakit okeanı keçərək Çilidən Avstraliyaya keçəcək.

Konyukov tranzit zamanı videogündəlik aparacaq və okeanın ekoloji vəziyyətinə nəzarət edəcək, hər gün dəniz suyunda plastik tullantı aşkar edib-etmədiyini qeyd edəcək.

Katamaran tikintisinin bu il başa çatdırılması planlaşdırılır.

Konyukov mətbuatda çox qeyd olunmasa da, səyahətlərinin hər zaman elmi proqramlardan ibarət olduğunu vurğulayaraq “Dünya rekordunu qırdığımı hamı bilir. Söhbət elmə gələndə mənim araşdırmalarımı götürürlər, transkripsiya edirlər, altı aydan sonra kiçik bir kitab çap edirlər. Bu, yalnız alimlərin və kiçik bir dairənin diqqətini cəlb edən kitabdır”, - o əlavə edib.