Sibirdə Rusiya üçün strateji əhəmiyyətli hərbi obyekt yanıb. Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında dezinformasiyaya qarşı mübarizə mərkəzinin rəhbəri Andrey Kovalenko danışıb.
Onun sözlərinə görə, yanan adi anbar deyil, hərbi obyekt olub.
“Bu, Rusiyada strateji əhəmiyyətli obyekt və müəssisələrin, xüsusən də enerji infrastrukturunun, partlayışa davamlı avadanlıq istehsal edən müəssisələrin fəaliyyətini təmin edən şirkətə məxsus idi”, -deyə analitik bildirib.
Rusiyalı təbliğatçılar qeyd ediblər ki, Novosibirskdə guya anbar yanır və damı uçub. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının sahəsi 5000 kvadratmetrdir.
Bundan əvvəl Rusiyada dron hücumundan şikayətləniblər. İddialara görə, hava hücumundan müdafiə 4 bölgə və Krım üzərində işləyib.