Sığınacaqların sayı kifayət qədər deyil - Komitə sədri

13:33 18.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycanda sığınacaqların sayı kifayət qədər deyil. Lakin bu, o demək deyil ki, bütün bölgələrdə sığınacaqlar olmalıdır. Biz elə etməliyik ki, bir şəxsin problemi sığınacağa qədər həll edilsin".

 

Hafta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

 

Komitə sədri bildirib ki, sığınacaqlardakı xidmətin səviyyəsi qaldırılmalıdır.

 

"Bu, əsas məsələdir. Eyni zamanda, müəyyən sayda sığınacaqların yaradılmasına ehtiyac var", - deyə B. Muradova əlavə edib

Oxunma sayı 30