Şir körpəliyindən onu bəsləyən baxıcısını öldürdü

11:19 21.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Nigeriyada zoopark işçisi şirin hücumu nəticəsində həlak olub.

Hafta.az-ın "Daily Mail"ə istinadən yazdığına görə, Obafemi Avolovo Universitetinin zooparkında işləyən Olabode Olavuyi şirləri bəsləyərkən hücuma məruz qalıb.

Məlumatda deyilir ki, baxıcı Olavuyi doğulduğu gündən bəri bəslədiyi şirin hücumu nəticəsində həyatını itirib. Heyvanın hücum anı ilə bağlı məlumatların məhdud olması səbəbindən onun baxıcısına hansı səbəbdən və hansı şəraitdə hücum etməsi aydın deyil.

Hücum edən şir iynə vurularaq yatdırdılıb.

Oxunma sayı 229