“Son 4 ildə əmək müqavilələrinin sayı 30% artıb” - Sahil Babayev

11:50 08.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Son 4 ildə əmək müqavilələrinin sayı 30% artaraq 1 milyon 685 minə çatıb, əməkhaqqı fondu 92% artıb".

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycan Karyera İnkişaf Forumunda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, dövlət məşğulluq xidmətləri vasitəsilə 230 min şəxs işlə, 122 min şəxs ödənişli ictimai işlərlə, 36 min şəxs özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib:

"Yeddi min şəxs peşə hazırlığına, 292 min şəxs peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib, 8485 şəxsə işsizlikdən sığorta təyin olunub. Bu ödənişlərdə də 30% artım olub".

Oxunma sayı 104