Stadionda əsl dava - 6 FUTBOLÇUYA QIRMIZI KART GÖSTƏRİLDİ 

12:40 28.11.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya kuboku uğrunda Sankt-Peterburqda keçirilən "Moskva Zenit” – “Spartak” oyununda baş verənlər futbol tarixinə düşüb.

Hafta.az-ın yazdığına görə, hər iki komandanın futbolçularının meydançada təpik və sillə atdığı qarşılaşmada əsas vaxt 0:0 hesabı ilə başa çatsa da, oyunda "Moskva Zenit" 4:2 hesabı ilə qalib gəlib.

Sankt-Peterburq təmsilçisini qarşı-qarşıya qoyan və hər zaman gərgin keçən görüşdə Moskva "Spartak"ının futbolçusu Kuinsi Promes "Zenit"in futbolçusu Vilmar Barriosla mübahisə edib. İkili arasında gərginlik sürətlə alovlanıb. Meydandakı digər oyunçuların davaya qoşulması, eləcə də ehtiyat futbolçular meydana daxil olması nəticəsində iki komanda arasında sözün əsl mənasında əlbəyaxa savaş başlayıb. 

Uzun sürən mübarizədən sonra hakim hər komandanın üç futbolçusuna qırmızı vərəqə göstərib və matçı sona qədər keçirib. Beləliklə, "Zenit" penaltilər seriyasında qalib gələrək qələbə qazanıb.

Oxunma sayı 1896