Su kanalında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 

20:30 19.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir rayonu, Mahmudlu kəndində su kanalında batan 1996-cı il təvəllüdlü İsmayılov Kamil Ramiz oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, K.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

*** 19:52

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonu, Mahmudlu kəndində 1996-cı il təvəllüdlü İsmayılov Kamil Ramiz oğlunun su kanalında batması barədə məlumat daxil olub.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Oxunma sayı 560