Sudanda bazar bombalandı - 61 nəfər öldü

09:27 02.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sudanın paytaxtı Xartum yaxınlığındakı Omdurman şəhərində bazarın bombalanması nəticəsində həyatını itirənlərin sayı artıb.

Hafta.az xəbər verir ki, azı 61 nəfər həlak olub. Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Telekanal yerli həkimlərin məlumatlarına istinad edərək, 65-dən çox insanın xəsarət aldığını bildirib. Səhiyyə Nazirliyi isə 54 nəfərin öldüyü, 158 nəfərin yaralandığı barədə məlumat verib.

Zərbənin Çevik Reaksiya Qüvvələri tərəfindən həyata keçirildiyi iddia edilir.