“Sülh bizim qonşularımıza da xitab etməlidir” - Anar Kərimov

13:10 02.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Artıq sülh konsepsiyaları üzərində işlər gedir”.

Hafta.az-ın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlıq Forumunda deyib.

Nazir bildirib ki, dayanıqlı sülhün təmin edilməsi çox vacibdir:

“Sülh bizim qonşularımıza da xitab etməlidir. Yox, çox həssas, kövrək sülh ola bilər. Amma dayanıqlı sülh olmalıdır ki, biz mədəniyyəti təlqin edə bilək. Bu sadəcə olaraq əlaqələrin bərpası deyil. Bu daha çox ruhi xarakter daşıyır. İnsanlar arasında sülh quruculuğu prosesləri getməlidir. Mədəniyyət naminə sülh təşəbbüsündə bunlar hamısı əksini tapmalıdır. Bütün maraqlı tərəflər də bu prosesə töhfə verə bilməlidir”.

Oxunma sayı 27
Mədəniyyət rubrikasından digər xəbərlər