Yazını böyüt
Yazını kiçilt
Türkiyə Suriyada 60 ildən çox davam edən diktatura rejiminin və 13 illik vətəndaş müharibəsinin ardından yaranan sülh, sabitlik və əmin-amanlıq ümidlərini məmnuniyyətlə alqışlayır.
Hafta.az türk mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10 dekabr – Ümumdüyna İnsan Hüquqları Günü münasibətilə “X” sosial media hesabında etdiyi paylaşımda yazıb.
Türkiyə Prezidenti bildirib:
“Suriyada hərtərəfli və əhatəli bir idarəetmənin qurulması ilə suriyalı qardaşlarımızın öz ölkələrini yenidən ayağa qaldırmaq səylərinə lazım olan bütün dəstəyi təmin edəcəyik”.