Sürücülərə hava şəraitilə bağlı xəbərdarlıq olunub 

14:39 31.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 1-də ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Bu barədə hafta.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Oxunma sayı 95