“Şuşada teatr binasının inşası gündəmdədir” - Nazir 

14:40 03.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Şuşada yeni teatr binasının inşa edilməsi məsələsi nəzərdən keçirilir”.

 

Hafta.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

 

Nazir bildirib ki, Şuşa Azərbaycan Prezidentin qərarı ilə qoruq elan edilib: "Şuşanın Baş planı təsdiq edilsə də, təfsilatlı plan hazırlanmaqdadır. Belə ki, orada hansı mədəniyyət müəssisələrinin olacağı müzakirə mövzusudur. Nəzərə alsaq ki, Şuşanın ərazisi o qədər də böyük deyil, ona görə də biz orada mədəniyyət və digər müəssisələrin yerləşməsini optimal şəkildə müəyyən etməliyik”.

 

A.Kərimov əlavə edib ki, Şuşada teatr binasının inşa edilməsi məsələsi gündəmdədir.

Oxunma sayı 153
Mədəniyyət rubrikasından digər xəbərlər