“Taliban” qadın xəbər aparıcılarına televiziyada xəbər oxumağı, qadın jurnalistlərə isə mətbuat konfranslarında iştirakı qadağan edib.
Hafta.az-ın “Solhnews”a istinadən yazdığına görə, bu barədə əmri Əxlaqın Təbliği və Pisliklərin qarşısının alınması Departamenti verib. Qeyd olunub ki, qadınların televiziya ekranlarında görünməsi və səsləri “kişilər üçün təxribatdır”. Herat administrasiyası kütləvi informasiya vasitələrini bu qaydanı pozmamağa çağırıb. “Taliban” müvafiq sərəncamla bağlı rəsmi açıqlama verməyib. Belə bir qadağa 2021-ci ildə Qəndəharda “Taliban” tərəfindən tətbiq edilib.
“Taliban” hakimiyyətə gələndə qadınlara bir çox məhdudiyyətlər qoyuldu. Qadağalara görə qadınlar və qızlar təhsil, işləmək, idman, səyahət və istirahət hüququndan məhrum ediliblər.
Kanada, Avstraliya, Almaniya və Hollandiya qadınlara qarşı ayrı-seçkiliyə görə “Taliban”a qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırmağa hazırlaşır.