Tanzaniyada 5 milyon Kuela quşu məhv edildi

13:20 27.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tanzaniyanın Manyara bölgəsində 4 min hektar çəltik tarlasını işğal edən 5 milyondan çox Kuela quşu pilotsuz uçuş aparatları ilə dərmanlanaraq öldürülüb.

Hafta.az-ın yazdığına görə, quşların hər gün 50 ton məhsula ziyan vurduğu bildirilir. Mütəxəssislər xəbərdarlıq edir ki, bu cür müdaxilələr ekosistemə mənfi təsir göstərə bilər.

Dərman çiləmənin təxminən 4 gün çəkdiyi açıqlanıb. Kuela quşları tez-tez düyü və buğda sahələrinə zərər verir. Bu növ quşlar Tanzaniyanın xüsusilə şimal bölgələrində yaşayır. Dünyada sürü halında hərəkət edən Kuela quşlarının sayının 1,5 milyarda çatdığı təxmin edilir. Bu böyük rəqəm Kuela quşlarının kənd təsərrüfatı məhsullarına vurduğu zərərin dünya miqyasında problem olduğunu göstərir.

Bu cür məhvetmə kənd təsərrüfatı məhsullarını qısa müddətdə qorumaq məqsədi daşısa da, uzunmüddətli perspektivdə iqtisadiyyata müsbət təsir göstərə bilər. Əkinlərə dəyən ziyan məhsuldarlığı azaldır, fermerlər və cəmiyyət üçün iqtisadi problemlər yaradır.

Bu cür müdaxilələr kənd təsərrüfatı məhsullarını qorumaq məqsədi daşısa da, ekspertlər bunun ekosistem tarazlığına mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edirlər. Kuela quşlarının nəslinin kəsilməsi digər yırtıcı və ətyeyən heyvanların qida balansına təsir göstərər ki, bu da daha böyük ekoloji problemlərə səbəb ola bilər.

Mütəxəssislər həmçinin bildirirlər ki, bu cür genişmiqyaslı çiləmə kimyəvi maddələrin ətraf mühitə yayılma və su ehtiyatlarını çirkləndirmə təhlükəsi yaradır.