“Tarixdən öyrəndiyimiz dərs real Ermənistanın ideologiyasıdır...” - Paşinyan-FOTO

14:39 05.01.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədəki səhifəsində növbəti video yayımlayıb. Erməni hökumət başçısı məlumat verib ki, “Erməni tarixi”nin ikinci cildinin birinci kitabını oxuyub və dərhal ikinci cildin ikinci kitabını oxumağa başlayacaq.

Hafta.az xəbər verir ki, bu haqda “Armtimes” nəşri məlumat yayıb.

“İlk növbədə müəlliflərə təşəkkür etmək istəyirəm, lakin parlamentin kürsüsündən çıxışlar zamanı tarixlə bağlı etdiyim müşahidələrim elə də qalır. Deməliyəm ki, kitab Ermənistan Respublikası nöqteyi-nəzərindən yaradılmayıb, əksinə, heç bir ümidim yox idi, çünki təklif etdiyim nöqteyi-nəzər bizim reallığımız üçün tamamilə yenidir. Reallığımızda ümumi bir problemə, tarixdən dərs almaq probleminə toxunmaya bilmirəm. Kitabın son səhifələrində bir sual verdim:

“Tarixdən öyrəndiyimiz dərs nədir?” Mənim üçün cavab birmənalıdır: “Tarixdən öyrəndiyimiz dərs real Ermənistanın ideologiyasıdır”, - Paşinyan videoda qeyd edib.