Tərtərdə məktəblilər arasında dava ölümlə nəticələnib

10:14 07.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tərtərdə iki məktəbli arasında düşən dava birinin ölməsi ilə nəticlənib.

Hafta.az trend-ə istinadən xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı məktəbin qarşısında qeydə alınıb.

Belə ki, 9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumuruqla xəsarət yetirib.

Xəsarət alan şəxs dərhal Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılsada, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.