ABŞ-ın Texas ştatında məktəb və məscidi əhatə edən məhəllə planı hazırlayan müsəlmanlar qubernator Qreq Abbott da daxil olmaqla insanların etirazı ilə üzləşib. “İslamı prioritetləşdirən” məhəllə ideyası şəriət qanunlarından qorxunu gətirsə də, layihəni hazırlayanlar bu iddiaların əsassız olduğunu iddia edirlər.
Hafta.az-ın “The New York Times”a istinadən yazdığına görə, Dallas-Fort Worth bölgəsində uzun müddət fəaliyyət göstərən Doğu Plano İslam Mərkəzi (EPIC) ətrafındakı müsəlman icması ilə Respublikaçı Texas qubernatoru arasında münaqişə barədə məlumat yayıb.
Keçən il yayımlanan tanıtım videosunda deyilir: "EPIC City sadəcə bir məhəllədən daha çox şeydir. Bu, İslama üstünlük verən həyat tərzi, diqqətlə hazırlanmış icmadır".
İdman və ticarət sahələri, eləcə də mənzillər, evlər və parklar birlikdə təqdim edilərkən, aşağıdakı ifadələr də istifadə olunur:
Cəmiyyətimiz mənşəyindən asılı olmayaraq bütün sakinlərinə aidiyyət və inklüzivlik hissi təqdim etmək üçün yaradılıb. Biz bütün sakinlərin harmoniya içində yaşaya biləcəyi qonaqpərvər bir mühit yaratmağa çalışırıq. Bu mesajlar çoxlarını, o cümlədən Texas qubernatorunu inandırmadı. Fevralın sonlarında sosial mediada layihəyə cavab verən Abbott, "Açığı, Texasda şəriət və ya şəriət şəhərlərinə icazə verilmir" deyib.
Abbott, "xarici düşmənlərin Texasda torpaq almasına mane olan qanunlara" istinad edərək, səlahiyyətlilərin EPIC City layihəsini nəzərdən keçirdiyini vurğulayıb.
NYT-yə danışan yerli respublikaçı Krista Şild də bu layihənin namus cinayətləri, daşqalaq və uşaq evliliyi gətirəcəyini bildirib.
Floridada doğulan və Texasda böyüyən Doğu Plano İslam Mərkəzinin imamı Nadim Bəşir şəriətdən xəbəri olmayan Abbottun “lazımsız qorxu” yaratdığını deyib. "Bu, sadəcə şəxsi əxlaq kodeksidir. Xalqı müdafiə etmək, onlara xidmət etmək, ailənizin qayğısına qalmaq, namuslu olmaq... bunların hamısı şəriətin bir hissəsidir" deyir.
Yerli camaatın lideri öz inanclarını heç kimə sırımaq istəmədiklərini söyləyərək, “Biz heç vaxt Texas ştatının və ABŞ-ın qanunlarından kənara çıxmayacağıq” deyib.