Ermənistanın baş naziri Nikol Paşinyan öz sosial şəbəkə hesabında “Ana Taxt-Tac Eçmiədzin” kilsəsi ətrafında baş verən hadisələrə münasibət bildirib.
Hafta.az xəbər verir ki, bu haqda “Armenian Tayms” nəşri məlumat yayıb.
“Artıq aydın oldu ki, Ana Taxt-Tacda qarşıdurmaları kimlərin təşkil etdiyi göz önünə çıxdı. Onlar, hüquq-mühafizə orqanlarının təxribatlara uymadığını gördükdə, bir-birilə əlbəyaxa davaya keçdilər.
Heç bir toqquşma olmayacaq. Ermənistan Apostol Kilsəsinin sadiq imanlıları öz müqəddəs məbədlərini – Ana Taxt-Tacı xristian mərifəti ilə azad edəcək və Patriarxata təhvil verəcəklər”, – deyə Paşinyan vurğulayıb.
Bir qədər sonra baş nazir daha bir paylaşım edərək, son günlər adıçəkilən dini nümayəndələrdən birinə eyham vurub:
“Aydın məsələdir ki, niyə hüquq-mühafizə orqanlarından gizlənir. Əgər məhkəmə onu 1-2 aylıq həbs etsə, srbazan(keşiş-S.L.) həyat yoldaşı olmadan necə yaşayacaq?”
Qeyd edilir ki, son günlər “Ana Taxt-Tac Eçmiədzin” ətrafında müxtəlif qruplar arasında gərginlik yaşanır və bu məsələ Ermənistan cəmiyyətində ciddi rezonans doğurub.