Tovuzda mağaza yandı 

10:36 22.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuzda mağazada yanğın olub.

 

Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

 

Belə ki, rayonun Əyyublu kəndində ümumi sahəsi 50 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və bitişik ümumi sahəsi 100 m² olan köməkçi tikilinin dam örtüyü 80 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxunma sayı 16