Tramp: ABŞ xaos içindədir

11:30 02.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkəmiz xaos içindədir.

APA xəbər verir ki, bu barədə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp "Truth" hesabında paylaşım edib.

"Ölkəmiz bütün dünyada gülüş obyektidir! Zəif, təsirsiz və demək olar mövcud olmayan rəhbərliklə açıq sərhədləriniz olduqda belə olur", - Tramp qeyd edib.

Tramp bildirib ki, DOJ, FTB və prokurorlar amerikalıları zorakılıq və korrupsiyadan qorumaq əvəzinə, ona hücum etməyə diqqət yetirirlər:

"Demokratlar millətimizi iflasa uğratdılar. Təhlükəsizliyi və demokratiyanı bərpa etmək üçün təcili tədbirlər görülməlidir. 20 yanvarda görüşənədək".