Tramp Ağ evdə iftar süfrəsində

09:04 28.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp Ağ evdə ənənəvi iftar süfrəsinə qatılıb.

Hafta.az xəbər verir ki, o, çıxışı zamanı 2024-cü il prezident seçkilərindəki dəstəyə görə amerikalı müsəlmanlara təşəkkür edib. Tramp bildirib ki, administrasiyası müsəlman icmasına verdiyi sözü tutur:

“Mənim administrasiyam Abraham razılaşmalarına əsasən Yaxın Şərqdə davamlı sülh yaratmaq üçün amansız diplomatiya ilə məşğuldur. Hər kəs bunun qeyri-mümkün olduğunu söyləyirdi. İndi biz onları icra etməyə başlayacağıq”, - deyə Tramp bildirib.

O yeganə istəyinin sülh olduğunu əlavə edib.