Tramp Netanyahunun son gedişlərindən narazı qalıb… - İsrail mediası

16:50 08.05.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunun son gedişlərindən "məyus olub".

Hafta.az xəbər verir ki, bu haqda "İsrail Hayom" "prezidentə yaxın iki yüksək vəzifəli mənbəyə" istinadla yazır.

Qəzetin yazdığına görə, Tramp qapalı danışıqlarda İsraili gözləmədən Yaxın Şərq hədəflərində irəliləyiş əldə etmək niyyətində olduğunu bildirib.

Ötən il Mar-a-Laqodakı malikanəsində Trampdan müsahibə almış  "İsrail Hayom"un müxbiri Ariel Kahana yazır ki,  ABŞ prezidenti Səudiyyə Ərəbistanı razılaşmasında İsrailin razılaşmanın mərkəzi hissəsi olmasını istəyir, lakin “Netanyahu lazımi qərarları gecikdirir”...

Mənbələr bildiriblər ki, Tramp  yenə də Ağ Evi İranın nüvə proqramına qarşı hərbi əməliyyata sövq etmək cəhdi kimi gördüyü şeyə görə Netanyahu və ətrafının davranışlarından narazıdır.

Trampın bu həftə ABŞ-ın Yəməndə husilərlə atəşkəs əldə etməsi, eləcə də aprel ayında ABŞ-İran nüvə danışıqlarına başlaması ilə bağlı açıqlaması ilə İsrail rəsmilərini çaş-baş qoyub.

Husilərin atəşkəs elanından sonra Netanyahu və yüksək səviyyəli nazirlər son açıqlamalarında İsrailin “özünü müdafiə edə biləcəyini” vurğulayıblar.