Azərbaycanlılar Ermənistanın 230 kəndini özlərininki hesab edir və növbəti mərhələdə ora köçmək istəyəcəklər. Sonra ermənilərlə toqquşmalar olacaq, sonra Türkiyə ordusu Suriyada 30 kilometrlik zonada olduğu kimi öz xalqının təhlükəsizliyini qorumaq adı ilə gələcək.
Hafta.az bildirir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib.
O, əmindir ki, Azərbaycan güzəştə getməyəcək və bundan sonra da güclü mövqedən çıxış edəcək.
“Bakı Qarabağdan sonra Zəngəzur və dəhliz haqqında da eyni sözləri söyləməyə başlayacaq. Onda sonra növbə Ermənistanın qalan hissəsinə gələcək. Zəngəzurun itirilməsindən sonra heç bir müttəfiq bizə kömək göndərə bilməyəcək. Bu sülh deyil, təhqirdir. Yavaş-yavaş ölüm tələsinə düşürük. Güzəştlərimiz Azərbaycanın davranışını dəyişmir. İndi deyirlər ki, bir neçə yüz min azərbaycanlı Ermənistana qayıtmalıdır”, - politoloq vurğulayıb.