Türk şirkəti Ukraynada 1 MİLYON EVİ ELEKTRİKLƏ TƏMİN EDƏCƏK

12:23 08.12.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin “Karpowership” şirkəti üzən elektrik stansiyalarını Rumıniya sularılında yerləşdirməklə Moldova və Rumıniya üzərindən Ukraynaya elektrik enerjisi tədarük etməyi planlaşdırır.

Hafta.az-ın yazdığına görə, bu barədə məlumatı “Ukrinform” yayıb. 

“Təxminən 300-400 meqavat gücündə elektrik enerjisi üçün danışıqlar aparırıq. Elektrik istehsal edən gəmilər texniki, kommersiya və təhlükəsizlik təfərrüatları yekunlaşdıqdan sonra bir ay ərzində enerjisi tədarükünə başlaya bilər”, - deyə "Karpowership"in idarəedici direktoru Zeynəb Harezi bildirib.

Əvvəlcə güc gəmilərinin Odessa yaxınlığında yerləşdiriləcəyi güman edilirdi. Lakin təhlükəsizlik təminatları olmadığından elektrik enerjisinin üçüncü ölkələr vasitəsilə tədarükünə baxılması barədə qərar qəbul edilib.

“Biz düzgün həll yolu tapmaq üçün şirkətlərlə danışıqlar aparırıq. Rumıniya, Moldova və Ukrayna arasında elektrik ötürücü xətləri var. Biz Rumıniya sularına gəmilər yerləşdirə, ötürmə xətləri ilə Ukraynanı elektrik enerjisi ilə təmin edə bilərik”, - Harezi qeyd edib.

Onun sözlərinə görə, danışıqlarda BMT də iştirak edir. Hazırda tərəflər təxminən 300-400 meqavat həcmində elektrik enerjisinin erilməsi məsələsini müzakirə edir. Bu da təxminən 1 milyon ev təsərrüfatını elektrik enerjisi ilə təmin etmək üçün kifayətdir.

Oxunma sayı 2752
Siyasət rubrikasından digər xəbərlər