Türkiyə mətbuatı Ermənistanın texnoloji sektorunun inkişafına toxunan, ölkənin gələcək iqtisadi siyasətinin istiqamətlərini təhlil edən məqalə dərc edib.
Hafta.az xəbər verir ki, “Armtimes”nəşrinin yaydığı məlumata görə, BBC”-nin Qafqaz müxbiri Rayhan Demitrinin reportajının “INDEPENDENT Türkçe” media orqanında mahiyyətcə təkrar nəşri olan məqalədə qeyd olunur ki, Ermənistan Cənubi Qafqazın ən az əhalisi olan ölkə kimi fəal şəkildə yeni iqtisadi inkişaf modeli axtarır.
Türkiyə mətbuatı xüsusi olaraq vurğulayıb ki, 2020-ci ildə... müharibədən sonra Ermənistan Rusiya və Qərblə münasibətləri balanslaşdırmağa, təhlükəsizliyini təmin etməyə və eyni zamanda texnoloji sektoru inkişaf etdirməyə çalışır.
"Armath" təhsil proqramı 2011-ci ildə başlayıb və bu proqram çərçivəsində uşaqlar ibtidai məktəbdən proqramlaşdırma, kodlaşdırma, robototexnika və “3D” modelləşdirməni öyrənməyə başlayırlar. Hazırda ölkədə 650 “Armath” laboratoriyası fəaliyyət göstərir.
Türkiyə mətbuatı Ermənistan Yüksək Texnologiyalı Müəssisələr Birliyinin (“UATE”) baş direktoru Sargis Karapetyandan sitat gətirib: “Biz Ermənistanı dünyaya ən böyük dəyərləri təmsil edən texnologiya mərkəzi etmək istəyirik”.
Məqalədə Ermənistanda texnologiya şirkətlərinin sayının 4000-ə çatdığı, “Armath” proqramının ölkənin dövlət-özəl tərəfdaşlığının ən uğurlu nümunəsi olduğu xüsusi vurğulanıb.
Türkiyə mətbuatı zəngin təbii sərvətlərə malik olmayan, qonşu dövlətlərlə mürəkkəb əlaqələri olan Ermənistanın sovet dövründən qalan riyaziyyat və informatika sahəsində əldə etdiyi nailiyyətləri inkişaf etdirərək öz gələcəyini qurmağa çalışdığına da toxunub.
Məqalədə 2011-ci ildən də bəhs edilir. Ermənistanda qurulan və hazırda 1,5 milyard dollar dəyərində olan “Picsart” şirkətinin uğur hekayəsi dünyadakı erməni icmasının texnologiya sektorunda beynəlxalq əlaqələr yaratmağa necə kömək etdiyini vurğulayır.
“INDEPENDENT Türkçe” media orqanının redaksiya heyəti qeyd edib ki, bu analitik məqalə Ermənistanın mənimsəməyə çalışdığı və regionun texnoloji liderinə çevrilməyə çalışdığı iqtisadi inkişaf modelini əks etdirir.