Türkiyə-Qətər münasibətləri dinamik inkişafdadır 

23:56 07.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hafta.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin dəvəti ilə həyata keçirilən rəsmi səfər çərçivəsində iki ölkə arasında 15 anlaşma imzalanıb.

Türkiyə-Qətər Ali Strateji Komitənin yeddinci toplantısında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində Doha şəhərində yerləşən Qətər-Türkiyə ortaq hərbi hissəsinə baş çəkib, hərbçilər qarşısında çıxış edib.

Prezident Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb ki, Türkiyə Qətərdə sabitliyin və inkişafın qorunmasına xüsusi əhəmiyyət verir.

Qeyd edək ki, Qətər Dövləti Yaxın Şərq bölgəsində Türkiyənin ən etibarlı müttəfiqidir. Hazırda Türkiyə şirkətləri Qətərdə 150 layihədə iştirak edirlər. Həmin layihələrin maliyyə dövriyyəsi təqribən 18 milyard ABŞ dolları civarındadır. Rəsmi Doha Qətərə qarşı tətbiq olunan ədalətsizliklərin dəf edilməsində Türkiyənin sərgilədiyi ədalətli mövqeyi hər zaman yüksək dəyərləndirib.

Oxunma sayı 102