Türkiyə səfiri Cıdır düzündə

20:42 13.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərində olub.

Hafta.az xəbər verir ki, bu barədə səfir özünün tvitter səhifəsində paylaşım edib.

Səfir Şuşaya səfəri çərçivəsində Cıdır düzündə də olub.

“Cənab Prezidentimizin səfərindən öncə təhlillər üçün Şuşadayıq. Bu gün azad Qarabağın havası ilə nəfəs aldıq. Görərək və yaşayaraq deyirik ki, Şuşa Qarabağın ürəyi və Azərbaycanın tacıdır. Qarabağ Azərbaycandır!”, - səfir qeyd edib.

Oxunma sayı 335