Türkiyə XİN: Sabah İstanbulda Rusiya və Ukrayna heyətləri arasında növbəti görüş planlaşdırılır

19:23 01.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 2-də İstanbulda Rusiya və Ukrayna heyətləri arasında növbəti görüşün keçirilməsi planlaşdırılır.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüşün iyunun 2-də Türkiyə vaxtı ilə saat 13:00-da İstanbulun Çırağan sarayında başlaması nəzərdə tutulur.