Türkmənistan Məclisinin sədri Çinə səfər edəcək

10:50 21.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkmənistan Məclisinin sədri Dünyagözəl Gülmanova bu gün Çinə səfər edəcək.

Hafta.az-ın yazdığına görə, Türkmənistan parlamentinin spikerinin Pekinə səfəri  mayın 21-dən 24-dək davam edəcək.

Mənbənin məlumatına görə, səfər Çin Xalq Nümayəndələrinin Ümumçin Yığıncağı Daimi Komitəsinin sədri Zhao Lejinin dəvəti ilə baş tutacaq. Gülmanovanın rəhbərliyi altında Türkmənistan parlament nümayəndə heyətinin də pekinə gedəcəyi bildirilir.