Türkmənistanda Neytrallıq Muzeyi yaradılacaq

10:08 17.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkmənistan Xalq Maslaxatının sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Aşqabadda neytrallıq tarixi muzeyi yaradılacaq

Hafta.az-ın yazdığına görə, Xalq Maslahatının sədri qeyd edib ki, müvafiq strukturların, o cümlədən parkın tikintisinə, innovativ texnologiyaların tətbiqinə, yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə lazımi diqqət yetirilməlidir. O, qeyd edib ki, BMT bayrağının rəmzləri və rəngləri yeni abidənin tərkib hissəsinə çevrilməlidir.

Bundan əlavə, Q.Berdiməhəmmədov vurğulayıb ki, neytrallığın 30 illiyi münasibətilə keçiriləcək beynəlxalq şənliklər ölkənin əldə edilmiş inkişaf səviyyəsini, onun sülhsevər siyasətini, sosial-iqtisadi sahədə uğurlarını əks etdirməlidir.

Bu arada, Aşqabadın cənub hissəsində yerləşən Türkmənistan Neytrallıq Abidəsinin də yenidən qurulması planlaşdırılır. Nazirlər Kabineti sədrinin müavini B.Annəməmmədov abidənin ətrafında yol-nəqliyyat infrastrukturunun yenilənməsi ilə bağlı ətraflı layihələri təqdim edib. Q.Berdiməhəmmədov təklif olunan planlara bəzi düzəlişlər edib, tikintidə innovativ texnologiyalardan istifadə edilməsini, işlərin müasir standartlarına aparılmasını tapşırıb.