Üç ölkə arasında müdafiə müqaviləsi imzalandı

09:49 17.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya, ABŞ və Avstraliya arasında nüvə sualtı qayıqlarında istifadə olunan texnologiyanı özündə birləşdirən müdafiə müqaviləsi imzalanıb.

 

Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Bayden, Böyük Britaniyanın Baş naziri Boris Conson və Avstraliyanın Baş naziri Skott Morison yeni təhlükəsizlik əməkdaşlığı müqaviləsini dünya ictimaiyyətinə ortaq bəyanatla elan ediblər.

 

Müqavilənin məqsədi Avstraliyada ən qısa müddətdə nüvə sualtı qayığına sahib olmaqdır.

Oxunma sayı 14