UEFA-nın klub reytinqi açıqlanıb: “Qarabağ”...

11:24 18.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avrokubokların qrup mərhələsində II tur başa çatıb.

Hafta.az-ın məlumatına görə, bu matçların yekununa əsasən UEFA-nın klub reytinqi açıqlanıb. Siyahıda Azərbaycanı 7 klub təmsil edir.

Ən yaxşı təmsilçimiz “Qarabağ”dır. 22,000 xala malik Ağdam klubu 65-ci yerə şərikdir. Qurban Qurbanovun yetirmələri Rusiya “Lokomotiv”i, Rumıniya təmsilçisi ÇFR-i və Çexiyanın “Viktoriya” klubu ilə şərikdir.

Ötən reytinqdə 63-67-ci yerləri bölüşən “dördlük” bir pillə geriləyib. Hazırda 64-68-ci olan “Qarabağ” və şəriklərini “Başakşəhər” keçib. 

Digər klublarımızdan “Neftçi” 9,000 xalla 146-cı, “Qəbələ” 4,000 xalla 290-cı, “Şamaxı”, 3,000 xalla 312-ci yerə şərikdir. “Zirə”, “Səbail”, “Sumqayıt” isə 3,025 xalla 331-ci pilləni bölüşür.

Qeyd edək ki, cədvələ 120,000 xala malik “Mançester Siti” başçılıq edir.

Oxunma sayı 2337