Ukrayna 3 ildə 46 min əsgər itirib

11:04 17.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə davam edən müharibədə bu günədək 46 mindən çox ukraynalı əsgərin həyatını itirdiyini açıqlayıb. Prezident Zelenski on minlərlə ukraynalının itkin düşdüyünü və ya əsir götürüldüyünü də bəyan edib.

Hafta.az-ın yazdığına görə, prezident Zelenski “NBC News” telekanalına müsahibəsində müharibənin əvvəlindən itkilərin dəqiq sayının bilinmədiyini vurğulayıb və deyib: “Bizdə dəqiq rəqəm var: 46 mindən çox ölü əsgər. İtkin düşən və ya əsir alınmış on minlərlə insan da var. Biz dəqiq bilmirik, çünki itkin düşənlər ölmüş və ya əsir düşmüş ola bilər”.

Digər tərəfdən, Ukrayna lideri Rusiyanın təxminən 19500 ukraynalı uşağı qaçırdığını xatırladıb. O, həmçinin bildirib ki, müvəqqəti işğal olunmuş ərazilərdə mülki əhalinin ölüm halları ilə bağlı dəqiq məlumata malik deyillər.