Ukrayna kəşfiyyatçıları Rusiya hərbi qatarını darmadağın etdi: yanacaq çənləri məhv edildi...-RƏSMİ-VİDEO

13:00 25.05.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukrayna hərbi kəşfiyyatı Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazisində əməliyyat keçirib, nəticədə yanacaq çənləri məhv edilib, dəmir yolu əlaqəsi kəsilib.

Hafta.az "UNİAN"a istinadla xəbər verir ki, bu barədə döyüş əməliyyatının görüntülərinin də dərc olunduğu Ukrayna ordusunda Baş Kəşfiyyat İdarəsinin (BKİ)telegram-kanalında paylaşdığı mesajda ​​deyilir

"2025-ci il mayın 24-də Ukrayna Müdafiə Nazirliyi BKİ-nin aktiv fəaliyyət bölmələrinin PUA-larının zərbə ustaları  Rusiya işğalçılarının yanacaqla dolu qatarını izləyərək yaxaladılar. İşğal loqistikasının-  maddi-texniki təchizat obyektinə məqsədyönlü zərbələr  dəmir yolunun Verxniy Tokmak-Moloçansk-Fyodorovka hissəsində həyata keçirilib. Ən azı 3 yanacaq dolu çən məhv edilib. Nəticədə Zaporojye vilayətinin və Krımın müvəqqəti əsarət altında olan ərazilərində Rusiya işğalçı qüvvələrinə dəmir yolu tədarükü pozulub”, - deyə kəşfiyyat xidməti vurğulayıb.

BKİ qeyd edir ki, moskvalıların hərbi maddi-texniki təminatına mane olmaq və onu iflic etmək məqsədi daşıyan silahlı mübarizə davam edir.