Ukrayna ordusu Kurskda bir neçə istiqamətdə əks-hücuma başlayıb

15:57 05.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna müdafiə qüvvələri Kursk bölgəsində bir neçə istiqamətdə əks-hücuma keçib.

Hafta.az xəbər verir ki, bu barədə Ukrayna Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko özünün teleqram səhifəsində bildirib.

Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak da teleqram səhifəsində Ukrayna qüvvələrinin Rusiya ərazisindəki uğurlarından yazıb.

“Kursk bölgəsindən yaxşı xəbər, Rusiya layiq olduğu cavabı alır”, - deyə Yermak əlavə edib.