Ukrayna ordusu Pokrovsk yaxınlığındakı daha bir kəndi işğalçılardan azad etdi...

17:13 16.02.2025 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukrayna müdafiə qüvvələri Rusiya işğalçılarını Pokrovsk yaxınlığındakı Pesçanoye kəndindən çıxarıblar.

Hafta.az “UNİAN”-a istinadla xəbər verir ki, bunu "Suspilne" kanalında yayımlanan efirdə "Xortitsa" operativ strateji qoşunlar qrupunun nümayəndəsi Viktor Trequbov deyib.

"İndi rusların Pokrovsk yaxınlığında müəyyən qədər ağızları əzildi", - deyə o bildirib. Onun sözlərinə görə, düşmən indi Ukraynanın mövqelərinə təzyiqin başqa istiqamətlərini axtaracaq.

V.Trequbov qeyd edib ki, ruslar Pesçanoye kəndindən (Donetsk vilayəti) çıxarılıb. O əlavə edib ki, "orada uzun müddətdir aktiv hərbi əməliyyatlar gedirdi, lakin kənd tam olaraq “boz zonada” deyildi və orada vəziyyət daim dəyişirdi. İndi ruslar orada ciddi zərbə aldılar, məğlub oldular və bu, başqa şeylərlə yanaşı, müxtəlif Ukrayna bölmələri arasında səmərəli əməkdaşlığın qurulması sayəsində baş verdi", - deyə Trequbov vurğulayıb.

Ordu nümayəndəsi diqqətə çatdırıb ki, bu strategiyanı cəbhənin digər sahələrində də genişləndirmək yaxşı olardı. O, qeyd edib ki, söhbət təkcə “dron operatorları”nın qarşılıqlı fəaliyyətindən deyil, həm də həmlə bölmələrinin effektiv hücum hərəkətlərindən gedir.

Trequbov bildirib ki, bu gün düşmən yenə də Pokrovsk istiqamətində hücuma keçib, burada son 24 saat ərzində 70-dən çox toqquşma olub və bu, cəbhədəki toqquşmaların ümumi sayının “çox böyük faizini” təşkil edir.

"Novopavlovskoye və Kupyanskoye istiqamətləri aktiv olaraq qalır. Məsuliyyət sahəmiz əvvəlki günlərlə müqayisədə daha intensiv olub", - "Xortitsa nümayəndəsi qeyd edib. Onun sözlərinə görə, düşmən qüvvələrini Pokrovsk istiqamətində cəmləyib, şəhəri ələ keçirməyə cəhd edir, həmçinin Kramatorsk, Toretsk və Kupyansk istiqamətlərində qüvvələr toplayır.