Yazını böyüt
Yazını kiçilt
Kiyevdə Ana Vətən abidəsinin yanındakı bayraq dirəyindən Ukraynanın əsas bayrağı götürülüb.
Hafta.az “TSN”ə istinadla xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasından məlumat çatdırılıb.
Kiyev Şəhər Dövlət Administrasiyası bayrağın güclü külək nəticəsində zədələndiyini və sabaha dəyişdirilməsinin planlaşdırıldığını izah edib.
Bayraq dirəyinin konstruksiyasının hündürlüyü təxminən 90 metr, çəkisi isə 32 tondur. Bayrağın ölçüsü 16x24 metrdir.
Xatırladılır ki, Ukraynanın ən böyük dövlət bayrağı 2020-ci ilin avqustunda Kiyevdə “İkinci Dünya Müharibəsində Ukraynanın Milli Tarixi Muzeyi” Memorial kompleksinin ərazisində quraşdırılıb.