Ukraynalı milyarderin əmlakına həbs qoyuldu

12:20 29.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Moskva məhkəməsi dələduzluqda ittiham olunan ukraynalı iş adamı və Dünya Yəhudi Konqresinin vitse-prezidenti Eduard Şifrinin əmlakına və aktivlərinə həbs qoyub.

Hafta.az xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, iş adamı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə ittiham olunur.

Qeyd edək ki, “Midland Group” holdinqinin həmtəsisçisi olan Şifrinin sərvətinin 1 milyard dolları ötdüyü bildirilir.