Ukrayna bu yaxınlarda ehtiyatlarının tükənməsi səbəbindən Rusiyaya hücumlar üçün uzaqmənzilli ATACMS raketlərinin istifadəsini məhdudlaşdırmaq məcburiyyətində qalıb.
Bu barədə New York Times (NYT) qəzetinə məlumatlı Amerika rəsmiləri məlumat verib.
Onların sözlərinə görə, bu ilin yazında ABŞ Pentaqonun anbarlarından Kiyevə 500-ə yaxın raket ötürüb. Əvvəlcə onlar işğal olunmuş ərazilərdə, o cümlədən Krımdakı hədəfləri məhv etmək üçün istifadə olunurdu. Lakin noyabrın ortalarında ABŞ prezidenti Co Baydenin administrasiyası Kiyevə bu raketlərdən Rusiyanın dərinliklərinə zərbə endirmək üçün istifadə etməyə icazə verib. NYT-nin qeyd etdiyi kimi, o zaman Ukraynada cəmi 50-yə yaxın ATACMS qalmışdı. Eyni zamanda, Vaşinqton açıq şəkildə bildirdi ki, ehtiyatların bir hissəsi Yaxın Şərq və Asiyaya göndərildiyi üçün əlavə raket daşımaları təmin edə bilməz.
NYT-nin Rusiya Müdafiə Nazirliyi və hərbi bloqerlərin məlumatlarına əsaslanaraq hesabladığı kimi, ümumilikdə Ukrayna ən azı 31 ATACMS raketi istifadə etməklə Rusiya ərazisinə altı raket hücumu həyata keçirib. Ən təsirli olanlardan biri noyabrın 20-də Kursk vilayətinin Maryino kəndi yaxınlığındakı Rusiya komandanlığının bunkerinə vurulan zərbə olub. Məhz bundan sonra Rusiya Dnepr istiqamətində “Oreşnik” raketi atdı. NATO-nun yüksək rütbəli rəsmiləri arasında NYT mənbələri bildirirlər ki, bütövlükdə Qərb raketlərinin istifadəsi məhdud effektivliyə malik olub və hərbi əməliyyatların trayektoriyasını dəyişməyib. Onlar qeyd ediblər ki, ATACMS-in Rusiya ərazisinə endirdiyi zərbələrdən sonra heç bir eskalasiya olmayıb. Amerika rəsmilərinin fikrincə, Moskva Donald Trampın ABŞ prezidenti seçilməsi ilə bağlı vəziyyəti gərginləşdirməyə çalışır. NYT həmsöhbətləri ABŞ-ın Ukraynaya dəstəyini artırmaması və yeni administrasiyanın yöndəmsiz vəziyyətdə qalmaması üçün Rusiya hakimiyyətinin ATACMS zərbələrinə cavab verməyəcəyini deyib.
Ləman