Rusiya Federasiyasının Ukraynaya qarşı müharibədəki məqsədləri dəyişməz olaraq qalır, onlardan əl çəkmirlər və bu barədə ictimaiyyətə danışırlar.
Hafta.az xəbər verir ki, bu haqda Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin(BKİ) rəisi Kirill Budanov “Ukrinform”a müsahibəsində danışıb.
"Onların ali lideri deyir ki, xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmaq lazımdır. Düz deyiblər: "Üç gündən sonra Kiyevin alınması" genişmiqyaslı işğalın üçüncü ildönümünə çevrildi. Beləliklə, açıq-aydın, necə deyərlər, "nəsə olduğu kimi getmədi"", - deyə o, əlavə edib.
Rusiya ordusunun durumundan danışan BKİ rəhbəri qeyd edib ki, təqribən 2023-cü ilə qədər olan müddətdə peşəkar ordu məhv edilib, sonrakı müddətdə isə Rusiya səfərbər edilən qoşunlarla döyüşür.
Rusiyanın bu potensialın nə qədər davam edəcəyindən danışan Budanov qeyd edib ki, bu, ümumiyyətlə, çox bahalı müharibədir.
"Müharibə günü onlara milyard dollardan bir azca aşağı qiymətə başa gəlir - bunlar çox böyük pullardır. İnsan potensialına gəlincə, yenə də özümüzü aldatmamalıyıq, Rusiya Federasiyasının potensialı, səfərbərlik resursu onlara irəliləmək imkanı verəcək", - deyə Budanov qeyd edib və əlavə edib ki, ruslar itkilərin tempi və sayını da nəzərə alırlar".