Ukraynanın Krivoy Roq şəhəri raketlə vurulub, 14 nəfər həlak olub

23:45 04.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Ukraynanın Krivoy Roq şəhərini ballistik raketlərlə vurub.

Hafta.az Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla məlumat verir ki, raket yaşayış massivinə düşüb.

Hadisə nəticəsində 14 nəfər həlak olub, onlardan 6-sı uşaqdır. 50-dən çox insan isə xəsarət alıb. Güclü partlayış dalğası ən azı beş evə ziyan vurub, pəncərələrin sındığı, avtomobil və qarajların yandığı bildirilir.