Ulduz reper seks kaseti iddialarına görə səhnədə ağlayıb

09:43 12.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Məşhur amerikalı reper Meqan Zi Stallion Hot Girl Summer turnesi çərçivəsində verdiyi konsertdə çətin anlar yaşayıb.

Hafta.az-ın “Page Six”a istinadən yazdığına görə, ABŞ-ın Florida ştatındakı Amalie Arenada səhnəyə çıxan müğənninin konsertin ortasında göz yaşlarını tutmağa çalışması izləyiciləri tərəfindən çəkilən videoda görünüb.

29 yaşlı Meqan Zi Stallion hit mahnısı olan “Cobra”ya başlamazdan əvvəl başını aşağı salıb və dərindən nəfəs alıb, lakin o, hələ də özünü toplayıb mahnıya daxil ola bilməyib. Onun bu zaman gözlərini yumması da diqqət çəkir.

Gremmi mükafatlı reperin niyə emosiyaya qapıldığı bilinməsə də, bu yaxınlarda Amerika mediası Meqan Zi Stallionun süni intellektlə istehsal edilən seks kasetinin yayımlandığını xatırladıb. Çünki həmin gün əvvəl reper sosial media hesabında bu görüntülərin saxta olduğunu vurğulayaraq “Bil ki, bu gün mənimlə oyun oynadığın son gündür, buna ciddi yanaşıram” deyib.

Meqan Zi Stallion bir müddət əvvəl keçmiş işçisi Emilio Qarsianın ittihamları ilə gündəm olmuşdu. Video biznesini idarə edən Qarsiya aprel ayında keçmiş işəgötürənə qarşı açdığı iddiada Meqan Zi Stallionun qarşısında bir qadınla cinsi əlaqədə olduğunu və bu vəziyyətin ona narahatlıq, depressiya və stress yaşatdığını iddia etmişdi.

Reperin vəkili Aleks Spiro isə ittihamları rədd edərək, bunun pul qazanmaq üçün açıldığını iddia edib.

Meqan Zi Stallion, 2020-ci ildə həmkarı Tori Lanez özünü ayağından vurduğu zaman tabloid mətbuatında manşet olub. “Əminəm ki, 50 Cent və Drake kimi ulduz reperlər onu məhkəmə iddiasına görə ələ salıblar”, - o demişdi.

2022-ci ildə mühakimə olunan və 10 il həbs cəzası alan 31 yaşlı Lanez hələ də həbsdədir.

Oxunma sayı 194