Ulu Öndərin həyat səlnaməsi iki tarixi dövrə bölünür... – Fəzail İbrahimli

17:19 03.10.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Cənab Prezidentin təklifi ilə 2023-cü ilin Ulu Öndərin şərəfinə “Heydər Əliyev ili”elan olunması tamamilə qanunauyğundur. Tariximizə, dünənimizə, bu günümüzə və gələcəyimizə olan bir münasibətdir. 

Bu fikirləri hafta.az-a vitse-spiker Fəzail İbrahimli deyib. Onun sözlərinə görə, Ulu öndər 1923-cü ildə dünyaya gəlib. Amma onun həyat səlnaməsi iki tarixi dövrə bölünür:

“Sovet dövründə Heydər Əliyev və Müstəqil Azərbaycan dövründə Heydər Əliyev. Heydər Əliyev dünyaya gələndə - 1923-cü ildə Azərbaycanın tarixi üçün ən böyük faciəvi dövr başlamışdı. “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılması məhz  1923-cü ildə baş vermişdi.  Sanki Azərbaycanın Qarabağla bağlı olan keçmişi Heydər Əliyevin doğulduğu bir ilə təsadüf edirdi və o ömrünün sonuna qədər o problemin həlli uğrunda vuruşdu, ancaq həyat ona bu problemi həll etməyi nəsib etmədi...”.

Oxunma sayı 1538
Gündəm rubrikasından digər xəbərlər