Urumçi hava limanı vasitəsilə Çinə gələn əcnəbilərin sayı artıb

11:50 23.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Urumçi sərhəd-keçid məntəqəsinin məlumatlarına görə, may ayının əvvəlindən Urumçidəki Tyan Şan hava limanı vasitəsilə Çinə gələn əcnəbi sərnişinlərin sayında əhəmiyyətli artım müşahidə olunub.

Hafta.az-ın Xinhua-ya istinadən yazdığına görə, statistik məlumatlarda, mayın 1-dən 21-dək Tyan Şan hava limanındakı nəzarət-buraxılış məntəqəsi vasitəsilə hər iki istiqamətdə sərhəd keçidlərinin ümumi sayı 61530 nəfər olub. Bu müddətdə 749 beynəlxalq uçuş yerinə yetirilib ki, bu da 82,7 faiz artım deməkdir (Ötən ilin eyni dövrü ilə müqayisədə 134,7 faiz).

Hesabat dövründə hava limanına daxil olan xarici sərnişin axını 75,7 faiz artıb. Ölkələr üzrə böldükdə ən çox turist axını Qazaxıstan, Özbəkistan, Rusiya, Tacikistan və digər ölkələrin payına düşür.

Urumçi Tyan Şan Hava Limanı 24 saat xidmət göstərən “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmuş Mərkəzi və Şərqi Asiya və Avropa ölkələrinə ən yaxın hava limanıdır. Bu, Çinin şimal-qərbindəki əsas nəqliyyat qovşağıdır və rahat beynəlxalq səyahətləri təmin edir.