Böyük Britaniyanın Northumberland bölgəsinin Uiler qəsəbəsindəki uşaq parkında II Dünya Müharibəsinə aid 176 bomba tapılıb.
Hafta.az-ın yazdığına görə. hələ də partlama riski olan bombalar ilk dəfə yanvar ayında parkın təmiri zamanı aşkarlanıb.
10 kvadratmetr sahədə hər biri təxminən 5 kiloqram olan 65 təcrübə bombası, tüstü məşəlləri ilə birlikdə tapılıb. Axtarış genişləndirildikdə, qalanları da ələ keçirilib.
Hakimiyyət daha çox şeyin ortaya çıxa biləcəyini düşünür və bölgədə daha çox iş görülməli olduğunu bildirir.
Şəhər rəhbərliyi "Problemin ölçüsü hər kəsin gözləntilərini aşdı" deyərkən, səlahiyyətlilərdən biri Mark Mater "Uşaqların bomba üzərində oynadığını düşünmək həqiqətən narahatlıq doğurur" deyib.
Ordunun öhdəsinə götürmək istəmədiyi bu işin Brimstone Site Investigation adlı özəl şirkət tərəfindən Northumberland rəhbərliyinin maliyyə töhfələri ilə həyata keçirildiyini söyləyən Mater, "Biz parkın yalnız üçdə birini təmizləyə bildik" deyib.
Böyük Britaniyada könüllülər tərəfindən yaradılan Home Guard bölmələrinin müharibə bitdikdən sonra bu ərazidə təlim keçdiyi və bombaları basdırdığı təxmin edilir.
II İkinci Dünya Müharibəsindən qalma bombalar keçmişdə partlayışlarla gündəmə gəlib. Həmin vaxt ABŞ təyyarəsi tərəfindən Yaponiya ərazisinə atılan bomba 2024-cü ilin oktyabrında partlayıb və nəticədə hava limanının uçuş-enmə zolağında böyük dəlik yaranıb.
2023-cü ildə Böyük Britaniyanın Böyük Yarmut bölgəsində də gözlənilməz partlayış baş verib.