ÜST-dən qızılca peyvəndi ilə bağlı ÇAĞIRIŞ

15:21 30.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyət Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi əhalini qızılcaya qarşı peyvənd olunmağa çağırıb.

Hafta.az xəbər verir ki, bu barədə nümayənədlik "X" sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb.

"Qızılca xəstəliyi uşaqların sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqda davam edir. Qızılcaya qarşı peyvəndləmə əhatəsi 95 %-dən aşağı olduğu zaman bütün ölkələr və icmalar üçün xəstəliyin geniş yayılma riski yaranmış olur. Qızılca 5 yaşdan kiçik uşaqlar üçün daha təhlükəlidir. Bu xəstəlik onlarda pnevmoniya, ensefalit (beyin iltihabı) və ölümlə nəticələnə bilər".

ÜST-ün Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, qızılcaya qarşı peyvənd ən effektiv peyvəndlərdən biridir: "2 doza peyvənd qızılca infeksiyasının qarşısını ömürlük almaqda 97% effektivdir".

Qeyd olunub ki, 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd qlobal miqyasda 57 milyon insanın qızılcadan ölməsinin qarşısını alıb.

Oxunma sayı 119